"PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibətilə bayram sovqatları çatdırıb.
2023-cü ildən etibarən "PAŞA Holding" 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə ailələrə sovqatlar təqdim olunur.
Qurban Bayramı sovqatları may ayının əvvəlindən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin dəstəyi ilə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
2024-cü ildən proqrama antiterror tədbirləri zamanı şəhid olanların övladları da əlavə edilib. Hazırda layihə 1000-dən çox ailəni, 2000-dən çox övladı əhatə edir.
Qeyd edək ki, proqrama təhsil və səhiyyə sahələri də daxildir.












