Bond.az White LogoBond.az Black Logo

"Sağlam həmkar" turniri start aldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan "Sağlam həmkar" minifutbol turniri başladı. 17 komanda mübarizə aparır.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə "Sağlam həmkar" minifutbol turnirinə start verilib.

AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkə başçısı tərəfindən uğurla davam etdirilən idman siyasətindən söz açıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılar üçün yaradılan geniş imkanlardan danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən biridir və nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir.

AHİK sədrinin müavini bildirib ki, "Sağlam həmkar" minifutbol turnirinin keçirilməsi sağlam həyat tərzinin təşviqi, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.

İdman tədbirində AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.

Sonra turnirin ilk oyunlarına start verilib. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.

Turnirə iyulun 10-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Digər Xəbərlər
2026-06-27 08:01
|
711

Akademiyada Məzun Günü qeyd olundu

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Məzun Günü tədbiri keçirilib, məzunlar təbrik edilib.

0
2026-06-26 16:02
|
222

Qafqazın ilk Apple Shop-u Kontakt-da açıldı

Kontakt mağazalar şəbəkəsi Qafqazın ilk rəsmi Apple Shop-unu açdı. Apple məhsulları vahid ekosistemdə təqdim olunur. 12 ay faizsiz taksit imkanı.

0
2026-06-25 09:03
|
423

Bir ekosistemi Spark qaliblərini elan etdi

Bir ekosistemi Spark Tələbə İnnovasiya Proqramının qaliblərini elan etdi. KəndYol, AEVIC Esports və Booker komandaları mükafatlandırıldı.

0
2026-06-25 06:00
|
776

"Sağlam gələcək" layihəsinə start verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb. Layihə qadın sağlamlığı və reproduktiv rifaha yönəlib.

0
2026-06-24 15:32
|
784

SİMA İmza ilə Birbank Biznesdə onlayn rahatlıq

SİMA İmza Birbank Biznesə inteqrasiya olundu. Fərdi sahibkarlar onlayn qeydiyyat, hesab açma və bank əməliyyatlarını rəqəmsal imza ilə idarə edə bilər.

0
2026-06-24 11:30
|
428

"Kristal" layihələri: sərfəli ev sahibi olmaq fürsəti

"Kristal"ın "Biləcəri" və "Park Xırdalan" layihələrində sərfəli qiymət və rahat ödəniş şərtləri ilə ev sahibi olun.

0
2026-06-24 06:03
|
475

ATU və Xarkov Tibb Universiteti görüşü

ATU rektoru Xarkov Milli Tibb Universitetinin nümayəndə heyətini qəbul etdi. Pediatrik onkohematologiya və birgə elmi layihələr müzakirə olundu.

0
2026-06-23 09:02
|
521

Ozon çatdırılmanı pulsuz etdi, vitrin Azərbaycanca

Ozon Azərbaycanda çatdırılmanı pulsuz etdi, vitrini Azərbaycan dilinə tərcümə etdi və geri qaytarma şərtlərini sadələşdirdi.

0
2026-06-22 14:03
|
621

Hitay Vəqfi müsabiqəsi Türk dünyasına açıldı

11-ci Hitay Vəqfi İncəsənət Müsabiqəsi Türk dünyası ölkələrindən tələbələr üçün açıq elan edildi. Müraciət deadline: 30 iyun.

0
2026-06-22 12:32
|
816

Deluxe Residence: Sea Breeze-də yeni premium həyat

Sea Breeze-də yeni premium layihə Deluxe Residence: müasir memarlıq, geniş mənzillər, zəngin infrastruktur. Satış başladı. Ətraflı məlumat üçün *6363.

0
2026-06-22 12:01
|
900

Kapital Bank yerli biznes platformalarına dəstəyi davam etdirir

Kapital Bank yeddinci Yerli Şirkətlərin Tanıtım Sərgisində tərəfdaş olaraq sahibkarları birləşdirən platformalara dəstəyini davam etdirir.

0
2026-06-19 10:31
|
783

Botanica Residence təqdimatı: təbiət və şəhər harmoniyası

Botanica Residence-in rəsmi təqdimatı Four Seasons Hotel Baku-da keçirildi. Layihə təbiət və şəhər həyatının harmoniyasını təmin edən premium yaşayış kompleksidir.

0
...
"Sağlam həmkar" turniri start aldı | Bond.az