SİMA yeni nəsil biometrik imza "Birbank" mobil tətbiqinə inteqrasiya edilib.
Artıq vətəndaşlar mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyətlərini "SİMA İmza"nın üztanıma texnologiyası ilə anında təsdiqləyə bilər.
Bir dəqiqə çəkən proses zamanı "Birbank" daxilində istifadəçinin rəqəmsal imzası yaradılacaq. Həm "Birbank", həm də "Bir ekosistem"ə aid digər platformalarda məsafədən kimliyin təsdiqlənməsi və sənədlərin imzalanması zamanı "SİMA İmza"dan istifadə ediləcək.
Yenilik həm yeni, həm də mövcud istifadəçilərə şamil edilib.
Bu inteqrasiya istifadəçilərə daha sürətli, rahat və innovativ rəqəmsal identifikasiya təcrübəsi təqdim edir.
"SİMA İmza" "AzInTelecom" tərəfindən yaradılıb. Hazırda 6.5 milyondan çox endirilib, ödənişsiz və xidmət məntəqəsinə getmədən əldə edilə bilər.












