"Subway Azərbaycan" Vətən müharibəsi şəhid və qazi ailələrindən 90 uşaq və valideynlərini "Planet Parni iz Baku" KVN gecəsində ağırladı.
Proqram Cabir İmanovun xatirəsinə və Azərbaycanda televiziya KVN-nin inkişafına həsr olunmuşdu. Uşaqlar və valideynlər əyləncəli axşam yaşadılar.
Tədbir sonunda balaca qonaqlar Əməkdar artist Tahir İmanovla görüşüb xatirə şəkilləri çəkdiriblər.
Bu təşəbbüs "Subway Azərbaycan"ın ilk sosial layihələrindən biridir və brendin cəmiyyətə diqqətini göstərir.
"Subway" dünyanın ən böyük sendviç şəbəkələrindən biridir. Azərbaycanda ilk restoranlar iyunun əvvəlində açılacaq.












