Xalq Bank müştərilərə rahat maliyyə həlləri təqdim etmək məqsədilə yeni rəqəmsal əmanət xidmətini istifadəyə verib. Artıq müştərilər bank filialına getmədən, istənilən yer və zamanda mobil tətbiq vasitəsilə əmanət hesabı aça bilərlər.
XalqOnline tətbiqi ilə rəsmiləşdirmə vaxta qənaət edir və vəsaitləri illik 10.5%-dək gəlirlə dəyərləndirmək imkanı yaradır. Rəqəmsal əmanət müddətli (sabit) və artırıla bilən variantlarla təqdim olunur. Əmanət 3/6/9/12/18/24 ay müddətinə AZN, 6/9/12/18/24 ay müddətinə USD ilə yerləşdirilə bilər.
Qeyd edək ki, xidmət yalnız XalqOnline istifadəçisi olan Xalq Bank müştəriləri üçün əlçatandır. Məhsul şərtləri ilə bağlı ətraflı məlumatı bankın rəsmi saytında tapa bilərsiniz.
Yeni xidmət sadə və sürətli rəsmiləşdirmə, yüksək gəlirlilik və təhlükəsiz bankçılıq təklif edir. Həmçinin ekoloji məsuliyyət prinsiplərini dəstəkləyir, kağız sənəd dövriyyəsini azaldır və resurslardan səmərəli istifadəni təşviq edir.
Xalq Bank həmçinin Əmanət lotereyası keçirir. 4 tirajdan ibarət lotereyada əsas uduş 2 ədəd 50 000 AZN-dir. Birinci tiraj 30 iyuna qədər əmanət yerləşdirən müştərilər üçün keçirilir, qaliblər 10 iyulda elan olunacaq. Lotereyada iştirak etmək üçün Bakı və Sumqayıtda minimum 500 AZN/300 USD, digər bölgələrdə 250 AZN/150 USD məbləğində əmanət yerləşdirmək lazımdır.












