"Real Madrid"in prezidenti Florentino Peres istefa vermək niyyətində olmadığını açıqlayıb.
79 yaşlı klub rəhbəri mətbuat konfransında xəstəlik xəbərlərini də təkzib edib.
Peres vurğulayıb: "İstefa verməyəcəyəm! Mənə qarşı kampaniya aparılır, amma hələ də buradayam."
O, 2000-2006 və 2009-cu ildən bəri bu vəzifəni icra edir.











