İran milli futbol komandasının oyunçuları 2026-cı il dünya çempionatına qatılmaq üçün viza alıblar. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə bildirib ki, vizalar futbolçuların şəxsi iştirakı olmadan 48 saat ərzində verilib.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac mayın 24-də açıqlayıb ki, FIFA İranın bazasının ABŞ-dən Meksikaya köçürülməsini təsdiqləyib.
İran qrup mərhələsində bütün oyunlarını ABŞ-də keçirəcək. Rəqiblər Belçika, Misir və Yeni Zelandiyadır. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək. İlk dəfə 48 komanda iştirak edəcək.












