Bond.az White LogoBond.az Black Logo

Dağıstanlı döyüşçü: İdmanda məni azərbaycanlılarla çox şey bağlayır

Dağıstanlı döyüşçü Şara Bullet Azərbaycanda keçiriləcək UFC Fight Night-da qələbəyə inanır və azərbaycanlı azarkeşlərə səslənir.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Azərbaycanlı azarkeşlərin məni dəstəkləyəcəklərinə əminəm. Bu sözləri "Pirat" ləqəbi ilə tanınan Şara Bullet qarşıdakı döyüş barədə danışarkən deyib.

O, azarkeşləri turnirə dəvət edib: "Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin 'piratıyam'. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq."

Keçən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda mən Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Amma həmin vaxt alınmadı. Şadam ki, bu dəfə mümkün oldu.

Əminəm ki, budəfəki turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə daha çox təcrübəsi var. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir.

Mən həmişə döyüşü vaxtından əvvəl bitirməyə çalışıram. Bu dəfə də məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə dura bilməsin.

Mən azərbaycanlı döyüşçülərlə məşq etmişəm. Tez-tez Tailandda birlikdə məşq edirik, bir-birimizi dəstəkləyirik. Azərbaycanlı döyüşçü Əlövsət Məmiyev mənim dostumdur. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman birləşdirir.

Xatırladaq ki, iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night"da orta çəkidə Şarabutdin "Şara Bullet" Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Bu gün / 06:31
|
580

NBA çempionu: "Nyu-York" finalda qalib

"Nyu-York" NBA finalında "San-Antonio"nu məğlub edərək 52 ildən sonra çempion oldu. Serialda hesab 4:1.

0
Bu gün / 06:30
|
612

Vinisius: Hava və ot örtüyü oyunumuzu çətinləşdirir

Vinisius Junior Mərakeş oyunundan sonra hava və meydan şəraitini tənqid edib. Braziliya millisinin ulduz oyunçusu isti havanın oyun tempinə təsirindən danışıb.

0
Bu gün / 05:00
|
401

DÇ-2026: Almaniya və Niderland meydanda

DÇ-2026 qrup mərhələsində Almaniya və Niderlandın matçları haqqında xəbər. Oyun tarixləri və saatları.

0
Bu gün / 04:00
|
217

Türkiyə Avstraliyaya qarşı - canlı

DÇ-2026 D qrupunda Avstraliya - Türkiyə matçı canlı. Oyun saat 08:00-da başlayıb. Türkiyə ABŞ və Paraqvayla da oynayacaq.

0
Bu gün / 03:30
|
877

Şotlandiya Haitiyə 1:0 qalib gəldi

DÇ-2026 C qrupunda Şotlandiya Haitini Con Makginnin qolu ilə 1:0 məğlub etdi. II turda Şotlandiya Mərakeşlə, Haiti Braziliya ilə qarşılaşacaq.

0
Bu gün / 00:30
|
941

Braziliya millisi DÇ-2026-ya xal itkisi ilə başladı

Braziliya millisi DÇ-2026 seçmə mərhələsində Mərakeşlə 1:1 heç-heçə edərək turnirə xal itkisi ilə başlayıb.

0
Dünən / 22:01
|
231

İsveçrə-Qətər: 1-1, qalib yox

DÇ-2026 B qrupunda İsveçrə ilə Qətər 1:1 heç-heçə etdi. Embolo penalti qolu, Kuxinin son dəqiqə bərabərliyi.

0
Dünən / 18:32
|
964

Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc qazandı

Azərbaycan avarçəkənləri Ziya Məmmədzadə və Nurlan Paşayev Dünya Kubokunda bürünc medal qazandı. Bolqarıstanda keçirilən yarışda 2000 metr məsafədə üçüncü oldular.

0
Dünən / 18:31
|
871

Ceyms Harden qanunsuz silahda ittiham olunub

Olimpiya çempionu Ceyms Harden Texasda qanunsuz silah saxlama ittihamı ilə üzləşib. Məhkəmə iyunun 22-nə təyin edilib.

0
Dünən / 18:00
|
543

Azərbaycanlı Avropa çempionu Nazim Babayev karyerasını bitirdi

Azərbaycanlı Avropa çempionu Nazim Babayev 28 yaşında idmançı karyerasını başa vurdu. O, 2019-cu ildə qapalı məkanda Avropa çempionu olub.

0
Dünən / 17:31
|
237

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu

Azərbaycan çövkən millisi Bakıda keçirilən dünya çempionatında Çilini 3:0 məğlub edərək çempion olub.

0
Dünən / 17:01
|
241

Modriç karyerasını bitirir, Realda rəhbər olacaq

Luka Modriç 2026-cı il dünya çempionatından sonra futbolçu karyerasını bitirəcək və Real Madriddə rəhbər vəzifəyə keçəcək.

0
...
Dağıstanlı döyüşçü: İdmanda məni azərbaycanlılarla çox şey bağ...