Tovuz rayonunda ağır yol qəzası baş verib.
Dönük Qırıqlı kəndi ərazisində VAZ-2106 və Mitsubishi Pajero toqquşub.
Qəzada bir nəfər hadisə yerində ölüb, bir azyaşlı isə xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb, ölən və yaralananın kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.











