Bond.az White LogoBond.az Black Logo

Turan Tovuz avrokuboklardan kənarlaşdırıldı

Turan Tovuz UEFA qərarı ilə 2026/2027 mövsümündə avrokuboklardan kənarlaşdırıldı. Klub qərara etiraz edərək CAS-a müraciət edəcəyini bildirdi.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

2025/2026 mövsümünü Premyer Liqada üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" futbol klubu UEFA-nın qərarı ilə 2026/2027 mövsümündə Avropa turnirlərindən kənarlaşdırılıb.

Klubun yaydığı məlumata görə, UEFA İntizam Komitəsi komandanın turnirdə iştirak üçün müəyyən edilmiş meyarlara uyğunluğunu araşdırıb. Araşdırma zamanı AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarı əsas götürülüb.

Həmin qərarla 2019/2020 mövsümündə I Divizionda çıxış edən komandanın yeddi futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətə qadağa qoyulmuşdu. UEFA da bu faktı nəzərə alaraq klubun 2026/2027 mövsümündə UEFA-nın təşkil etdiyi yarışlarda iştirakını məhdudlaşdırıb.

Klub qərarla razılaşmadığını bildirərək, vəsiqəni idman prinsiplərinə uyğun qazandığını vurğulayıb və qərarın dəyişdirilməsi üçün bütün hüquqi addımların atılacağını açıqlayıb. Məsələ ilə bağlı yaxın günlərdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Bununla yanaşı, klub Avrokuboklara hazırlıq planlarında dəyişiklik olmadığını bildirib. Komanda bu ay bir araya gələcək və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...