Bond.az White LogoBond.az Black Logo

Pelenin final forması hərraca çıxarılır

Pelenin 1958-ci il dünya çempionatının final forması 6 milyon dollardan çox qiymətləndirilərək Sotheby's hərrac evi tərəfindən satışa çıxarılır.

Dəniz Yusifli
Müəllif:Dəniz Yusifli- Editor
|
0

Əfsanəvi futbolçu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılır. Tarixi geyimin dəyəri 6 milyon dollardan çox qiymətləndirilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb.

Həmin vaxt cəmi 17 yaşında olan Pele, İsveçə qarşı keçirilən və Braziliyanın 5:2 hesablı qələbəsi ilə başa çatan final matçında dubl edib. Braziliyalılar bu qarşılaşmadan əvvəl - yarımfinalda Fransa yığmasını da eyni hesabla məğlub etmişdilər.

Əfsanəvi 10 nömrəli forma iyulun 1-dən etibarən "Sotheby's"in Manhettendəki yeni qərargahında - "Breuer" binasında nümayiş olunacaq. Hərrac isə iyulun 16-na, DÇ-2026-nın finalından üç gün əvvələ təyin edilib.

Ekspertlərin fikrincə, bu forma futbol tarixinin ən baha satılan idman geyimlərindən biri ola bilər. Hazırkı rekord Dieqo Maradonaya məxsusdur. Onun 1986-cı ildə Meksikadakı dünya çempionatının dörddəbir finalında İngiltərəyə qarşı geyindiyi və məşhur "Tanrının əli" qolunu vurduğu forması 9.3 milyon dollara satılmışdı.

"Sotheby's"in açıqlamasında bildirilir ki, Pele final matçından sonra bu formanı komanda yoldaşı və yaxın dostu Didaya hədiyyə edib. Uzun illər Didanın ailəsində qorunan tarixi geyim, nəhayət, 2004-cü ildə gizli saxlanılan bir məbləğə hərraca çıxarılmışdı.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...
Pelenin final forması hərraca çıxarılır | Bond.az