Bond.az White LogoBond.az Black Logo

Bakı süni intellekt həftəsinə ev sahibliyi edəcək

Bakı bu il ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək. Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində rəqəmsal infrastruktur və innovasiyalar müzakirə olunub.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Bu gün Bakıda keçirilmiş Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, iclas Bakı Enerji Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq təşkil olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.

Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olunub.

Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.

İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.

Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-nin yüksəktexnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

Digər Xəbərlər
Bu gün / 18:02
|
234

Masdar: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında əsas hab ola bilər

Masdar direktoru Abdulla Zayed: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji habı ola bilər. Ölkə bərpaolunan enerji potensialı ilə regionda körpü rolunu oynayacaq.

0
Bu gün / 16:02
|
692

SOCAR prezidenti Chevron rəhbəri ilə görüşüb

SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsində Chevron rəhbəri Derek Maqnes ilə görüşərək əməkdaşlığı genişləndirib.

0
Bu gün / 16:01
|
206

SOCAR və SLB hasilatı optimallaşdırır

SOCAR və SLB Bakı Enerji Həftəsində hasilatın optimallaşdırılmasını müzakirə edib.

0
Bu gün / 14:31
|
736

Nazir: Azərbaycan-ABŞ kritik minerallarda güclü potensial var

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlıq potensialını açıqlayıb.

0
Bu gün / 14:30
|
286

ABŞ-Azərbaycan 8 milyard dollarlıq sazişlər imzaladı

ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr, ABŞ və Azərbaycan arasında 8 milyard dollarlıq kommersiya sazişlərinin imzalandığını bildirib.

0
Bu gün / 14:04
|
377

Nazir müavini: Enerji sistemimizin əsas problemi məhdud qarşılıqlı əlaqədir

Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanın enerji sistemində məhdud qarşılıqlı əlaqənin əsas problem olduğunu bildirib.

0
Bu gün / 14:00
|
235

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının perspektivləri

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri Bakı Enerji Həftəsində müzakirə olunub.

0
Bu gün / 07:32
|
275

Bakı-Tbilisi-Ərzurum operatru SOCAR-a keçir

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatorluğu SOCAR-a təhvil verilir. bp regional prezidenti Kio Kristofol prosesdən məmnun olduğunu bildirib.

0
Bu gün / 06:32
|
834

Rövşən Nəcəf: SOCAR qlobal enerji və texnologiya şirkətinə çevrilir

Rövşən Nəcəf: SOCAR süni intellekt və məlumat mərkəzlərinə yatırım edərək qlobal enerji və texnologiya şirkətinə çevrilir.

0
Bu gün / 06:31
|
780

INPEX: Azərbaycan böyük gələcək potensiala malikdir

INPEX-in icraçı direktoru Azərbaycanı mühüm gələcək potensiala malik ölkə kimi görür, AÇG-də 10% payla uzunmüddətli tərəfdaşlığı vurğulayır.

0
Bu gün / 06:01
|
482

Kio Kristofoli: "Azərbaycan uzun illər dünyasəviyyəli enerji mərkəzi ola bilər"

bp rəsmisi Kio Kristofoli Bakı Enerji Forumunda Azərbaycanın dünyasəviyyəli enerji mərkəzi olma potensialından danışıb.

0
Bu gün / 04:00
|
797

Bakı Enerji Forumu bu gün yekunlaşır

31-ci Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumuna bu gün yekun vurulur. Panel sessiyalar, müzakirələr və D-8 görüşü.

0
...
Bakı süni intellekt həftəsinə ev sahibliyi edəcək | Bond.az