Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycanın enerji sisteminin əsas problemlərindən biri məhdud qarşılıqlı əlaqədir.
31-ci Bakı Enerji Forumunda çıxış edən Soltanov qeyd edib ki, ölkənin enerji sistemi nisbətən kiçikdir və qonşu ölkələrin sistemləri ilə geniş inteqrasiyaya malik deyil.
Hazırda Rusiya ilə yalnız bir ötürücü xətt vasitəsilə əlaqə mövcuddur. Gürcüstanla əlaqə isə əsasən onların sisteminin balanslaşdırılmasına yönəlib.
Nazir müavini vurğulayıb ki, kiçik enerji sistemi güclü xarici əlaqələr tələb edir. Artıq enerjini ixrac, çatışmazlıqda idxal etmək üçün interkonnektorların inkişafı vacibdir.












