bp-nin regional prezidenti Kio Kristofoli 31-ci Bakı Enerji Forumunda bildirib ki, Azərbaycan uzun illər dünyasəviyyəli enerji mərkəzi ola bilər.
O qeyd edib ki, region zəngin karbohidrogen ehtiyatlarına malikdir. Xəzər hövzəsi ən böyük neft-qaz regionlarından biridir.
Kristofoli vurğulayıb ki, burada dünyasəviyyəli enerji infrastrukturu yaradılıb. Səngəçal terminalı və boru kəməri şəbəkəsi etibarlılıq göstəricisi 99% ilə sənaye üzrə ən yüksək nəticələrdəndir.
O əlavə edib ki, Azərbaycanda biznes mühiti əlverişlidir. Yüksəkixtisaslı insan kapitalı qlobal layihələri dəstəkləyir.
"Bu dörd səbəbə görə Azərbaycan uzun illər enerji mərkəzi ola bilər", - deyə Kristofoli sözlərini yekunlaşdırıb.












