2 iyun 2026-cı ildə Bakı Enerji Həftəsi çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüş keçirib.
Görüşdə "Chevron"-un Azərbaycandakı uğurlu fəaliyyəti qeyd olunub. SOCAR ilə "Chevron" arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.












