Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə "Qafqaz Qartalı - 2026" birgə taktiki-xüsusi təlimi başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşelik nümayəndələri və digər yüksəksəviyyəli qonaqlar iştirak ediblər.
Təlimin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, üç ölkənin dövlət himnləri səsləndirilib və bayraqlar qaldırılıb.
Çıxış edənlər təlimin regional təhlükəsizlik və müdafiə əməkdaşlığını gücləndirəcəyini, döyüş hazırlığını artıracağını vurğulayıblar.











