İsrail ABŞ və İran arasında imzalanacaq memorandumun mətnini əldə etmək istəyib, lakin rədd cavabı alıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.
"İsrail ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu ilə tanış olmaq üçün müraciət edib, lakin rədd cavabı alıb", - deyə telekanal bildirib.
Qeyd edək ki, İran və ABŞ iyunun 15-nə keçən gecə qarşılıqlı anlaşma memorandumu üzərində işin başa çatdığını təsdiqləyiblər. Sənədin iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Məlumatlara görə, hücumlar nəticəsində üç mindən çox insan həlak olub. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.












