İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır.
Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər.
Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar.
"Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.












