Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı feldmarşal Seyid Asim Munirə başsağlığı göndərib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Başsağlığı məktubunda deyilir: “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilot həlak olub. Bu xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət, yaxınlarına səbr diləyirəm.”










