İran Silahlı Qüvvələri İsraili sərt cavab tədbirləri ilə hədələyib. Bu, Livandakı atəşkəs rejiminin pozulması ilə bağlıdır.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı bəyanat yayıb.
"Xəbərdarlıq edirik: əgər İsrail ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri tərəfindən sərt bir cavabla qarşılaşacaq", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, son iki gün ərzində İsrail ordusu Livandakı atəşkəs rejimini 84 dəfə pozub.












