Mərkəzi Afrika Respublikasının Xüsusi Cinayət Məhkəməsi sabiq prezident Fransua Bozizeyə qarşı qiyabi məhkəmə prosesinə başlayıb.
İttihamlar 2009-2013-cü illərdə Bossembele şəhərində qətllər, işgəncələr və zorlamaları əhatə edir.
79 yaşlı Bozize Qvineya-Bisauda sürgündə yaşayır və məhkəmədə iştirak etmir. Onu vəkili təmsil edir.
Bozize 2003-cü ildə çevrilişlə hakimiyyətə gəlib, 2013-cü ildə devrilənədək prezident olub.












