Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, o, Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Zakir Həsənov "Platinum Wolf - 2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edəcək.










