Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Ombudsman Aparatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşdə AHİK sədri Sahib Məmmədov ölkədə insan hüquqlarının, xüsusilə əmək hüquqlarının qorunmasında Ombudsman institutunun rolunu vurğulayıb.
Ombudsman Səbinə Əliyeva memorandumun əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmin edilməsi üçün əhəmiyyətli olduğunu bildirib.
Sənəd iki qurum arasında əməkdaşlığın gücləndirilməsi, birgə təlimlər və hüquq mədəniyyətinin inkişafını nəzərdə tutur.












