1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azercell Könüllüləri" maarifləndirici və əyləncəli proqram təşkil edib.
Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evində tədbir keçirib.
9-15 yaşlı uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim təşkil olunub.
Uşaqlar gündəlik risklər, fövqəladə hallarda davranış qaydaları və təhlükəsizlik tədbirləri haqqında məlumat alıblar.
Təlimdən sonra "Təhlükəsizlik uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.
Sonda bütün iştirakçılara hədiyyələr təqdim olunub.












