Bond.az White LogoBond.az Black Logo

Azercell və AWS-dən Azərbaycan dili üçün süni intellekt platforması

Azercell və AWS Azərbaycan dilində süni intellekt modellərinin təlimi üçün texnoloji platforma yaradıb. Bu layihə ölkənin rəqəmsal inkişafına töhfə verir.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

"Azercell Telekom" Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət "Amazon Web Services" (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlimi üçün praktik tətbiqə hazır texnoloji platforma yaradıb.

Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWS-in rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir.

Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.

"Azercell" və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır.

Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.

"Azercell" üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.

Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması "Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası"nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma "Azercell"in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, "Azercell"in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.

Digər Xəbərlər
2026-07-04 16:32
|
774

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı

Azərbaycanda it dişləməsi nəticəsində burnunu itirən 67 yaşlı xəstəyə uğurlu burun rekonstruksiyası əməliyyatı icra olundu.

0
2026-07-01 14:31
|
472

Ədliyyə nazirlərinin görüşü

Azərbaycan və Türkiyə ədliyyə nazirləri Fərid Əhmədov və Akın Gürlek görüşüb, əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

0
2026-07-01 13:01
|
222

Kristal layihələrində sərfəli mənzil şərtləri

Kristal-ın Yeni Sumqayıt və Sahil Park layihələrində sərfəli mənzil satış şərtləri: ilkin ödəniş 14 900 AZN-dən başlayır, 20 ilədək ipoteka imkanı.

0
2026-07-01 12:01
|
218

XalqKart faiz hesablanan qalıq həddi 20 000 AZN-ə çatdı

XalqKart faizli qalıq limiti artırıldı: 300-20 000 AZN arası qalığa illik 7% gəlir. Pulsuz kart, bonuslar və keşbek imkanları.

0
2026-07-01 11:33
|
252

Birbank işarət dili ilə xidməti genişləndirir

Birbank eşitmə və nitq məhdudiyyətli müştərilər üçün işarət dili ilə xidməti filiallara genişləndirir. İnklüziv bankçılıqda yeni addım.

0
2026-07-01 11:30
|
592

Rəqəmsal hökumət vörkşopu İRİA və BMT əməkdaşlığı ilə keçirildi

İRİA və BMT-nin birgə təşkil etdiyi rəqəmsal hökumət vörkşopunda Azərbaycanın rəqəmsal inkişafı, süni intellekt və kibertəhlükəsizlik müzakirə olundu.

0
2026-07-01 08:32
|
836

İSB 2 saylı ASAN xidmətdə fəaliyyətə başlayır

İcbari Sığorta Bürosu 2 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyətə başlayır. Yeni xidmət pəncərəsi ilə müraciətlər qəbul ediləcək.

0
2026-07-01 07:32
|
843

Google Coob Ads-i Azərbaycanda rəsmi satış nümayəndəsi təyin etdi

Google, Coob Ads-i Azərbaycanda rəsmi Google Ads satış nümayəndəsi təyin etdi. Yeni tərəfdaşlıq bizneslərə pulsuz ekspert dəstəyi və AI reklam həlləri təqdim edir.

0
2026-07-01 07:01
|
602

INMerge Berlin beynəlxalq tədbirlər seriyasını yekunlaşdırdı

"PAŞA Holding"in təşkil etdiyi "INMerge" İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını Berlində yekunlaşdırdı.

0
2026-06-30 06:02
|
289

IM LS9 hibrid SUV Bakıda təqdim olundu

IM LS9 plug-in hibrid SUV Bakıda təqdim olundu. Qiymət, texniki xüsusiyyətlər, zəmanət və əlaqə məlumatları.

0
2026-06-29 14:33
|
297

İRİA "Microsoft for Startups" proqramına qoşulub

İRİA Microsoft for Startups proqramına qoşularaq yerli startaplara qlobal texnologiya imkanları təqdim edir. Müraciət deadline: 1 dekabr 2026.

0
2026-06-29 14:02
|
553

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edildi

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edilib. O, texnologiya, innovasiya və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərəcək.

0
...