Bond.az White LogoBond.az Black Logo

"AzInTelecom" "AI GITEX Kenya 2026" sərgisində

"AzInTelecom" "AI GITEX Kenya 2026" sərgisində iştirak edib. Şirkət rəqəmsal infrastruktur imkanlarını nümayiş etdirib.

Dəniz Yusifli
Müəllif:Dəniz Yusifli- Editor
|
0

"AzInTelecom" MMC Keniyada keçirilən, Afrikanın ən böyük texnologiya və süni intellekt sərgilərindən biri "AI GITEX Kenya 2026"da iştirak edib.

İnnovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər və ekspertləri bir araya gətirən tədbirdə "AzInTelecom" stendlə təmsil olunub.

Şirkətin sərgidə iştirakının başlıca hədəfi qlobal texnologiya arenasında mövqeyini gücləndirmək, xarici tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və rəqəmsal məhsullarını beynəlxalq miqyasda nümayiş etdirmək olub.

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək böyük həcmli dataların idarəolunmasında süni intellektin rolundan danışıb. O, bu sahədə yaranan nəhəng məlumat axınının təhlükəsiz şəkildə emal edilməsi üçün "AzInTelecom"un təklif etdiyi rəqəmsal infrastruktur imkanlarını diqqətə çatdırıb.

Sərgi iştirakçıları tərəfindən şirkətin rəqəmsal məhsul və xidmətlərinə maraq göstərilib, təqdim olunan innovativ həllər barədə ziyarətçilərə məlumat verilib.

"AzInTelecom" haqqında

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət "Hökumət buludu" və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. "AzInTelecom" MMC müştərilərə daim təhlükəsiz, dayanıqlı və əlçatan xidmətlər təklif etməklə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verir.

Digər Xəbərlər
2026-07-04 16:32
|
774

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı

Azərbaycanda it dişləməsi nəticəsində burnunu itirən 67 yaşlı xəstəyə uğurlu burun rekonstruksiyası əməliyyatı icra olundu.

0
2026-07-01 14:31
|
472

Ədliyyə nazirlərinin görüşü

Azərbaycan və Türkiyə ədliyyə nazirləri Fərid Əhmədov və Akın Gürlek görüşüb, əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

0
2026-07-01 13:01
|
222

Kristal layihələrində sərfəli mənzil şərtləri

Kristal-ın Yeni Sumqayıt və Sahil Park layihələrində sərfəli mənzil satış şərtləri: ilkin ödəniş 14 900 AZN-dən başlayır, 20 ilədək ipoteka imkanı.

0
2026-07-01 12:01
|
218

XalqKart faiz hesablanan qalıq həddi 20 000 AZN-ə çatdı

XalqKart faizli qalıq limiti artırıldı: 300-20 000 AZN arası qalığa illik 7% gəlir. Pulsuz kart, bonuslar və keşbek imkanları.

0
2026-07-01 11:33
|
252

Birbank işarət dili ilə xidməti genişləndirir

Birbank eşitmə və nitq məhdudiyyətli müştərilər üçün işarət dili ilə xidməti filiallara genişləndirir. İnklüziv bankçılıqda yeni addım.

0
2026-07-01 11:30
|
592

Rəqəmsal hökumət vörkşopu İRİA və BMT əməkdaşlığı ilə keçirildi

İRİA və BMT-nin birgə təşkil etdiyi rəqəmsal hökumət vörkşopunda Azərbaycanın rəqəmsal inkişafı, süni intellekt və kibertəhlükəsizlik müzakirə olundu.

0
2026-07-01 08:32
|
836

İSB 2 saylı ASAN xidmətdə fəaliyyətə başlayır

İcbari Sığorta Bürosu 2 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyətə başlayır. Yeni xidmət pəncərəsi ilə müraciətlər qəbul ediləcək.

0
2026-07-01 07:32
|
843

Google Coob Ads-i Azərbaycanda rəsmi satış nümayəndəsi təyin etdi

Google, Coob Ads-i Azərbaycanda rəsmi Google Ads satış nümayəndəsi təyin etdi. Yeni tərəfdaşlıq bizneslərə pulsuz ekspert dəstəyi və AI reklam həlləri təqdim edir.

0
2026-07-01 07:01
|
602

INMerge Berlin beynəlxalq tədbirlər seriyasını yekunlaşdırdı

"PAŞA Holding"in təşkil etdiyi "INMerge" İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını Berlində yekunlaşdırdı.

0
2026-06-30 06:02
|
289

IM LS9 hibrid SUV Bakıda təqdim olundu

IM LS9 plug-in hibrid SUV Bakıda təqdim olundu. Qiymət, texniki xüsusiyyətlər, zəmanət və əlaqə məlumatları.

0
2026-06-29 14:33
|
297

İRİA "Microsoft for Startups" proqramına qoşulub

İRİA Microsoft for Startups proqramına qoşularaq yerli startaplara qlobal texnologiya imkanları təqdim edir. Müraciət deadline: 1 dekabr 2026.

0
2026-06-29 14:02
|
553

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edildi

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edilib. O, texnologiya, innovasiya və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərəcək.

0
...
"AzInTelecom" "AI GITEX Kenya 2026" sərgisində | Bond.az