Bond.az White LogoBond.az Black Logo

Bir və İçərişəhər rəqəmsallaşma memorandumu imzaladı

Bir və İçərişəhər arasında imzalanan memorandumla İçərişəhərdə rəqəmsal innovasiyalar tətbiq ediləcək. Təfərrüatlar məqalədə.

Rauf Əliyev
Müəllif:Rauf Əliyev- Senior Editor
|
0

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş, e-ticarət ekosistemi olan "Bir" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Tərəfdaşlığın əsas məqsədi Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından olan İçərişəhərdə sakinlər, sahibkarlar və turistlər üçün təqdim edilən təcrübəni rəqəmsal innovasiyalarla zənginləşdirməkdir.

Memoranduma əsasən, "Bir ekosistemi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdə ziyarətçilərin rahatlığını artırmaq üçün süni intellektə əsaslanan rəqəmsal həllər təqdim edəcək.

Həyata keçirilməsi planlaşdırılan təşəbbüslərə ağıllı naviqasiya alətləri, çoxdilli rəqəmsal bələdçilər, QR-koda əsaslanan məlumat sistemləri, süni intellekt dəstəkli çatbot və istifadəçi təcrübəsini asanlaşdıracaq vahid mobil veb-sayt daxildir.

"Bir ekosistemi"nin rəhbəri Fərid Hüseynov çıxışı zamanı layihənin əhəmiyyətini vurğulayaraq ölkəmiz adına vacibliyini qeyd edib:

"Bu tərəfdaşlıq texnologiya və innovasiyalar vasitəsilə insanların gündəlik həyatını daha sadə, ağıllı və əlçatan etmək əzmimizi əks etdirir. Biz bankçılıq, ödəniş və e-ticarət ekosistemimizin üstünlüklərini bir araya gətirərək daha rahat və inteqrasiya olunmuş şəhər mühiti yaratmaqla Azərbaycanın rəqəmsal transformasiyasına dəstək olmaqdan qürur duyuruq."

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə Bir ekosistemlə baş tutan bu əməkdaşlığın xalqımızın tarixi irsinə mühüm töhfə olduğunu qeyd edib:

"İçərişəhər hazırda tarixi irsin qorunmasını, rəqəmsal idarəetməni və davamlı şəhər idarəçiliyini innovativ texnologiyalar və məlumatlara əsaslanan həllərlə birləşdirən 'Ağıllı Qoruq' (Smart Reserve) modelinə doğru irəliləyir."

Bu Anlaşma Memorandumu hazırda 5 milyondan çox insana xidmət göstərən "Bir ekosistemi"nin əhatə dairəsini daha da genişləndirəcək. Layihə çərçivəsində İçərişəhərin rəqəmsal bankçılıq və ödəniş infrastrukturunun gücləndirilməsi, muzey və tədbir biletlərinin satışının rəqəmsallaşdırılması, həmçinin Vahid Ziyarətçi Mərkəzinin və loyallıq proqramının istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Bakı BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. İçərişəhərin rəqəmsallaşdırılması layihəsi də məhz WUF13 çərçivəsində geniş ictimaiyyətə təqdim olunub.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

Digər Xəbərlər
Bu gün / 06:02
|
289

IM LS9 hibrid SUV Bakıda təqdim olundu

IM LS9 plug-in hibrid SUV Bakıda təqdim olundu. Qiymət, texniki xüsusiyyətlər, zəmanət və əlaqə məlumatları.

0
Dünən / 14:33
|
296

İRİA "Microsoft for Startups" proqramına qoşulub

İRİA Microsoft for Startups proqramına qoşularaq yerli startaplara qlobal texnologiya imkanları təqdim edir. Müraciət deadline: 1 dekabr 2026.

0
Dünən / 14:02
|
552

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edildi

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edilib. O, texnologiya, innovasiya və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərəcək.

0
Dünən / 13:02
|
706

Silk Way West Airlines və CargoAi rəqəmsal tərəfdaşlıq imzaladı

Silk Way West Airlines və CargoAi Air Cargo China 2026 sərgisində rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb. Yeni inteqrasiya ilə yükdaşıma daha səmərəli olacaq.

0
Dünən / 12:02
|
868

SİMA KYC Rabitəbank mobil tətbiqində

SİMA KYC rəqəmsal həlli Rabitəbank mobil tətbiqinə inteqrasiya olundu. Artıq müştərilər banka getmədən şəxsiyyətini təsdiqləyib xidmətlərdən yararlana bilər.

0
2026-06-27 08:01
|
711

Akademiyada Məzun Günü qeyd olundu

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Məzun Günü tədbiri keçirilib, məzunlar təbrik edilib.

0
2026-06-26 16:02
|
222

Qafqazın ilk Apple Shop-u Kontakt-da açıldı

Kontakt mağazalar şəbəkəsi Qafqazın ilk rəsmi Apple Shop-unu açdı. Apple məhsulları vahid ekosistemdə təqdim olunur. 12 ay faizsiz taksit imkanı.

0
2026-06-25 09:03
|
423

Bir ekosistemi Spark qaliblərini elan etdi

Bir ekosistemi Spark Tələbə İnnovasiya Proqramının qaliblərini elan etdi. KəndYol, AEVIC Esports və Booker komandaları mükafatlandırıldı.

0
2026-06-25 06:00
|
776

"Sağlam gələcək" layihəsinə start verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb. Layihə qadın sağlamlığı və reproduktiv rifaha yönəlib.

0
2026-06-24 15:32
|
784

SİMA İmza ilə Birbank Biznesdə onlayn rahatlıq

SİMA İmza Birbank Biznesə inteqrasiya olundu. Fərdi sahibkarlar onlayn qeydiyyat, hesab açma və bank əməliyyatlarını rəqəmsal imza ilə idarə edə bilər.

0
2026-06-24 11:30
|
428

"Kristal" layihələri: sərfəli ev sahibi olmaq fürsəti

"Kristal"ın "Biləcəri" və "Park Xırdalan" layihələrində sərfəli qiymət və rahat ödəniş şərtləri ilə ev sahibi olun.

0
2026-06-24 06:03
|
475

ATU və Xarkov Tibb Universiteti görüşü

ATU rektoru Xarkov Milli Tibb Universitetinin nümayəndə heyətini qəbul etdi. Pediatrik onkohematologiya və birgə elmi layihələr müzakirə olundu.

0
...
Bir və İçərişəhər rəqəmsallaşma memorandumu imzaladı | Bond.az