11-ci Hitay Vəqfi İncəsənət Müsabiqəsi bütün Türk dünyası ölkələri üçün açıq elan edilib. Müsabiqədə Türkiyə, Azərbaycan, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və Türkmənistanda rəssamlıq, heykəltəraşlıq və fotoqrafiya təhsili alan bakalavr və magistr tələbələri iştirak edə bilər.
Müraciətlər 30 iyunadək hitayvakfi.com üzərindən qəbul edilir. Nəticələr 14 iyulda açıqlanacaq. Seçilən 10 tələbə 61-ci Venesiya Biennalesində xüsusi proqrama qatılacaq.
Hitay Vəqfi təsisçisi Emin Hitay: "Müsabiqə ilk dəfə türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyədə təşkil olunur. Gənc sənətkarları dəstəkləmək və onlara qlobal təcrübə qazandırmaq məqsədi ilə yola çıxdıq."












