"Ozon Azərbaycan" alıcıları üçün şərtləri yaxşılaşdırır: marketpleys çatdırılmanı pulsuz edib, vitrini tam Azərbaycan dilinə tərcümə edib və geri qaytarma prosesini sadələşdirib.
İndi müştərilər məhsullarını tərəfdaşların 700-dən çox mal təhvili məntəqələrinə qaytara bilərlər. Əvvəllər 1.99 AZN olan sabit çatdırılma haqqı ləğv edilib.
Platformada həm veb-sayt, həm də tətbiq Azərbaycan dilindədir. "Ozon" 2024-cü ilin avqustundan Azərbaycanda fəaliyyət göstərir.
Marketpleys 20-dən çox kateqoriyada 400 milyondan çox məhsul təklif edir və 67 milyon aktiv müştəriyə xidmət göstərir.












