Bond.az White LogoBond.az Black Logo

Park Yasamalda hazır studiya mənzillər satışda

Park Yasamal yaşayış kompleksində hazır studiya və çoxotaqlı mənzillər satışa çıxarıldı. İpoteka və hissəli alış imkanları ilə təklif olunur.

Arzu Qasımova
Müəllif:Arzu Qasımova- Senior Editor
|
0

Yeni mənzil axtaranlara şad xəbər! "Kristal"ın çox sevilən "Park Yasamal" yaşayış kompleksində yeni mənzillər satışa çıxarılıb.

Layihə çərçivəsində həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və planlaşdırmaya malik mənzil seçimləri təqdim olunur. Kompleksdə alıcılar üçün iki, üç və dörd otaqlı və studiya mənzil variantları mövcuddur.

Mənzillərin planlaşdırılması zamanı yaşayış sahələrinin funksional istifadəsinə xüsusi diqqət yetirilib. Tam təmirli formada təhvil verilən bu mənzillər 20 ilədək ipoteka, daxili kredit və faizsiz hissəli alış imkanları ilə alıcılara təklif olunur.

"Park Yasamal" yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı ASAN Xidmət mərkəzinin yaxınlığında yerləşir. Layihənin yerləşdiyi ərazi şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanları ilə seçilir.

Kompleksdə təqdim olunan mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində Avropa istehsalı olan yüksək keyfiyyətli materiallardan istifadə olunur. Hazırda layihədə hazır və tikintisi davam edən, 41 kv.m-dən 120 kv.m-dək müxtəlif zövqə və büdcələrə uyğun planlanmış mənzil seçimləri mövcuddur.

Kompleksdə sakinlərin rahatlığını artırmaq məqsədilə səs və istilik izolyasiyası həllərinə geniş yer verilib. Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir.

Layihənin üstünlüklərindən biri də geniş abadlaşdırılmış ərazisidir. Kompleks daxilində yaşıllıq zonaları, göl ətrafında istirahət məkanları, futbol meydançası, uşaqlar üçün oyun sahələri və özəl uşaq bağçası nəzərdə tutulub. Ərazidə 24/7 kamera nəzarət sistemi və geniş avtodayanacaq sakinlərin təhlükəsizliyini və rahatlığını təmin edir.

Layihə haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Digər Xəbərlər
Dünən / 07:30
|
753

Xətai rayonunda 15 İyun qeyd olundu

Xətai rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib, konsert proqramı və atəşfəşanlıq olub.

0
2026-06-12 14:33
|
659

Openwave Hakatonu: Dövlət-Startap Əməkdaşlığı

Openwave Hakatonu gənc startaplar və dövlət qurumları arasında əməkdaşlığa töhfə verdi. Qaliblər mükafatlandırıldı.

0
2026-06-12 14:32
|
681

Elektron müraciət imkanları genişləndi

Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib. EHİS elektron kabineti ilə rahat müraciət edin.

0
2026-06-12 08:33
|
505

İqtisadi gələcək və enerji keçidi forumda müzakirə olundu

Bakıda keçirilən Technovation by PMI forumunda Azərbaycanın iqtisadi gələcəyi və enerji keçidi müzakirə olundu. AmCham Azərbaycan həmtəşkilatçılıq edib.

0
2026-06-12 08:01
|
316

MacBook Neo: Apple ekosisteminə giriş

MacBook Neo ilə Apple ekosisteminə daha əlçatan qiymətlə giriş edin. A18 Pro çip, 16 saat batareya, dörd rəng variantı.

0
2026-06-12 06:33
|
437

"Kontakt" Xankəndidə ilk mağazanı açır

"Kontakt" Xankəndidə ilk mağazasını açır. 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaq mağaza geniş məhsul çeşidi təqdim edəcək.

0
2026-06-11 15:02
|
636

Qitə çempionları sponsor və azarkeşlərlə görüşdü

Avropa çempionu Azərbaycan minifutbol komandası sponsorlarla görüşüb, azarkeşlərlə imzalı forma paylaşıb.

0
2026-06-11 08:31
|
675

Lexus RZ: Elektrikli lüksün yeni erası

Lexus RZ - tam elektrikli lüks SUV Azərbaycanda. 350e və 500e versiyaları, 508 km məsafə, sürətli şarj. Test sürüşü üçün Lexus Bakı.

0
2026-06-11 06:02
|
428

RobotChallenge ilk dəfə Azərbaycanda keçiriləcək

RobotChallenge ilk dəfə Azərbaycanda! "Azercell" dəstəyi ilə 13-14 iyun 2026-da Bakıda keçiriləcək yarışda gənclər robototexnika və süni intellekt sahələrində yarışır.

0
2026-06-10 14:02
|
320

Force of Love festivalı Bakıda keçirildi

Bakıda keçirilən Force of Love festivalı haqqında məlumat. 5-7 iyun tarixlərində yaradıcılıq, sənətkarlıq və əyləncə dolu tədbirlər.

0
2026-06-10 12:31
|
884

SİMA həlləri Maliyyə Sammitində

SİMA rəqəmsal həllər platforması Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində nümayiş olundu. Biometrik texnologiyalar və fintek həlləri müzakirə edildi.

0
2026-06-10 09:03
|
924

"TəhsilPlus" kartları Gəncədə təqdim olundu

"TəhsilPlus" kartlarının ilk kütləvi təqdimatı Gəncədə keçirildi. Müəllimlərə xüsusi güzəştlər və üstünlüklər təqdim edən layihə genişlənməyi hədəfləyir.

0
...