Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "PAŞA Real Estate" və "Baku White City" arasında bir sıra obyektlərin birgə inkişafı üçün saziş imzalanıb.
Sənədi PAŞA Real Estate baş direktoru Özgür Geter və Baku White City layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıb.
Sazişə əsasən, "White City Mall" ticarət-əyləncə mərkəzi, yaşayış binaları, ofislər, otellər, konqres zalı, muzey, parkinq və şəhər meydanı inşa ediləcək.
Layihə çərçivəsində hündürmərtəbəli binalar və yeni yaxta limanı Bakının sahil siluetini formalaşdıracaq.












