Xətai rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində təşkil olunan konsert proqramında rəsmi şəxslər, deputatlar, şəhid ailələri və qazilər iştirak edib.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlər bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu vurğulanıb.
Sonda atəşfəşanlıq olub.












