Azərbaycan Tibb Universitetində (ATU) "Zəfər festivalı - 3" idman yarışlarının bağlanış mərasimi keçirilib. Festivalda 30-dan artıq ali təhsil müəssisəsindən 900-dən çox iştirakçı iştirak edib.
Tədbir ümummilli lider Heydər Əliyevin 103-cü ildönümü və 28 May - Müstəqillik Gününə həsr olunub. ATU-nun rektoru professor Gəray Gəraybəyli çıxış edərək festivalın əhəmiyyətini vurğulayıb.
Rektor qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmanın inkişafı və gənclərin sağlam həyat tərzi istiqamətində mühüm nailiyyətlər əldə olunur.
Festivalda şahmat, dama, nərd, voleybol, stolüstü tennis, kəndirdartma, oxatma və 3x3 basketbol yarışları keçirilib. ATU komandası 8 qızıl medalla birinci yeri tutub.
Azərbaycan Dövlət İqtisad Universiteti ikinci, Azərbaycan Dillər Universiteti və Bakı Musiqi Akademiyası isə üçüncü yeri paylaşıb. Qaliblər kubok, diplom və medallarla təltif olunub.












