Xalq artisti Cavan Zeynallı səhhətində problem olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az-a açıqlamasında o, özünün əla olduğunu bildirib: "Mən çox yaxşıyam, əlayam, hətta superəm".
"Mənim səhhətimdə heç bir problem yoxdur. Niyə belə bir məlumat yayıldığını bilmirəm. Məni efirə dəvət etmişdilər. Lakin başqa bir televiziya kanalında çəkilişim olduğu üçün həmin verilişə qatıla bilməmişəm. Sonra da belə bir məlumat yayıblar ki, guya səhhətimdə problem yaranıb. Belə şey olmaz axı, mən çox yaxşıyam, heç bir problem yoxdur", - deyə əlavə edib.
Xatırladaq ki, Xalq artistinin səhhətində problem yarandığı barədə məlumat ötən gün Xəzər TV-nin "Xəzər axşamı" verilişində səsləndirilib.












