Alimlər iki qozbel balinanın Avstraliya ilə Braziliya arasında 15 min kilometrlik rekord məsafə qət etdiyini qeydə alıblar. Bu, Yer kürəsinin az qala yarısıdır.
Araşdırma "Royal Society Open Science" jurnalında dərc olunub. Bu marşrut balina növü üçün ən uzun sənədləşdirilmiş miqrasiyadır.
Balinalar quyruqlarındakı unikal naxışlar sayəsində izlənilib. Bu naxışlar onlar üçün "barmaq izi" rolunu oynayır.
Alimlər 40 ildə 19 mindən çox balina fotosunu süni intellektlə müqayisə ediblər. Balinalardan biri əvvəlki rekordu da təzələyib.
Əvvəlki ən uzun miqrasiya Kolumbiyadan Zənzibara üzən balinaya məxsus idi.












