Peruda arxeoloqlar təxminən 500 il yaşı olan "dondurulmuş-qurudulmuş" kartof aşkarlayıblar.
"Fox News" telekanalının məlumatına görə, qeyri-adi tapıntı Perunun cənub-qərbindəki Akari vadisində, Tambo-Vyexo ərazisində edilib.
Tədqiqat "Journal of Field Archaeology" jurnalında dərc olunub. Kəşf inklərin qida məhsullarını uzun məsafələrə daşımaq üçün qabaqcıl saxlama üsullarından istifadə etdiyini sübut edir.
Tapılan kartof İnklər imperiyası dövrünə aiddir. Fotoşəkillərdə iki qırışmış, qəhvəyi rəngli kartof görünür.
Qazıntılara rəhbərlik edən professor Lidio Valdes bildirib: "Nümunələr kiçikdir, görünür quraq iqlim səbəbindən ölçüləri azalıb".












