ABŞ Silahlı Qüvvələri gözlənilməz hərbi xərclər və yanacaq qiymətlərinin artması səbəbindən ciddi maliyyə çatışmazlığı ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, “Fox News” Pentaqon rəsmisinə istinadən bildirib.
İrana qarşı əməliyyatlar, Cənubi Amerika və ABŞ-ın cənub sərhəd bölgələrindəki fəaliyyətlər, Milli Qvardiyanın səfərbər edilməsi və yanacağın kəskin bahalaşması Pentaqonun resurslarına əlavə yük yaradıb. Bu, ordu rəhbərliyini çətin qərarlar qəbul etməyə məcbur edib.
Polkovnik Marti Meyners komandanlıqlara vacib ehtiyacları optimallaşdırmağı tapşırıb.
Admiral Deril Kodl əlavə vəsait olmadan iyulda xərclərin ixtisar ediləcəyini deyib.
Yanacaq bahalaşması təlim və logistika xərclərinə mənfi təsir göstərir. Pentaqon ildə 80 milyon barel yanacaq alır.












