ABŞ-də "Echinococcus multilocularis" adlı təhlükəli lent qurdu sürətlə yayılır.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Parazitin əsas daşıyıcıları koyotlar, tülkülər və itkimilərdir. İnsanlar çirklənmiş su və qida ilə yoluxur.
Yoluxma alveolyar exinokokkoza səbəb olur. Qaraciyərdə xərçəngə bənzər kistalar formalaşır. Simptomlar: qarın ağrısı, halsızlıq, dəri və gözlərdə saralma.
Xəstəlik gizli gedir, simptomlar 15 ilə qədər çıxmaya bilər. Müalicəsiz ölümlə nəticələnir.
Ən çox Ayova, Dakota, Minnesota, Nebraska ştatlarında rast gəlinir. Vermont, Nyu-York, Pensilvaniyada da aşkarlanıb.
Doktor Ömər Avaya görə, urbanizasiya, meşələrin qırılması və iqlim dəyişikliyi parazitin yayılmasına səbəb olur.












