Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas ABŞ diplomatik missiyasının Kiyevi tərk etdiyini bildirib.
O, Avropa səfirliklərinin isə Ukraynada qaldıqlarını qeyd edib.
Kallas bu barədə Kiprdə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən jurnalistlərə açıqlamasında danışıb.
"Dünən (27 may) Ukraynadan eşitdiklərimizə görə, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qaldı, ABŞ isə getdi", - deyə o söyləyib.












