ABŞ mayın 19-na keçən gecə Hind okeanında İran nefti daşıdığı ehtimal edilən "Skywave" tankerini saxlayıb.
Oxu.Az-a istinadən xəbər verilir ki, bu barədə "The Wall Street Journal" nəşrinə üç amerikalı məmur məlumat verib.
WSJ-nin mənbələrinə görə, tanker mart ayından ABŞ sanksiyaları altındadır. İzləmə məlumatları göstərir ki, gəmi Malakka boğazından keçərək Malayziya istiqamətində hərəkət edib.
Brokerlər və "Lloyd's List Intelligence" məlumatlarına əsasən, tanker fevral ayında İranın Hark adasında bir milyon bareldən çox neft yükləmiş ola bilər.
Bu, ABŞ-ın İranla əlaqəli "kölgə donanması"nın bir hissəsi hesab etdiyi tankerlərin üçüncü dəfə saxlanılmasıdır. Apreldə ABŞ "Majestic X" və "Tifani" tankerlərini də saxlamışdı.












