ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbəri Donald Trampın kürəkəni Cared Kuşner Qətərin paytaxtı Dohada yerli liderlərlə səmərəli danışıqlar aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Mənbə, həmçinin İran tərəfi ilə texniki xarakterli danışıqların davam etdirildiyini vurğulayıb.












