Bond.az White LogoBond.az Black Logo

İsrail Beş Göz kəşfiyyatına qoşulur - ABŞ məxfi sənədləri paylaşır

ABŞ İsrailə ən məxfi kəşfiyyat sənədlərinə giriş imkanı yaradır. İsrail 'Beş göz' alyansından məlumat alacaq.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

ABŞ Prezidenti Donald Trampın Administrasiyası İsraillə operativ kəşfiyyat məlumatlarının mübadiləsinin həcmini ciddi şəkildə artırmağı hədəfləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar İsraillə müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığı xeyli genişləndirən və ingilisdilli "Beş göz" casus şəbəkəsini kölgədə qoyan yeni qanun layihəsini irəli sürür.

Sözügedən sənədin maddələrindən biri hər iki dövlətin xüsusi xidmət orqanları arasındakı mövcud sıx əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Bu isə İsrailə Birləşmiş Ştatların kəşfiyyat icmasında qorunan ən məxfi sənədlərə daxil olmaq imkanı yaradacaq.

ABŞ-nin Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın da yer aldığı "Beş göz" kəşfiyyat alyansının üzvü olduğunu nəzərə alsaq, İsrail həmin ölkələrin xüsusi xidmət orqanlarından da məlumat əldə edə biləcək.

Nəşr vurğulayır ki, bununla da ABŞ və onun müttəfiqlərindən gələn ən mühüm kəşfiyyat xəbərləri İsrail xüsusi xidmət orqanları tərəfindən öz məqsədləri üçün istifadəyə açıq olacaq.

Digər tərəfdən, "N12" telekanalına müsahibəsində D.Tramp bildirib ki, İran tərəfindən ola biləcək yeni hücumlar zamanı yardımdan imtina oluna biləcəyi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib. Trampın sözlərinə görə, ABŞ və İran arasında vasitəçilik səylərində iştirak edən regionun beş ölkəsi ondan Netanyahuya təzyiq göstərməyi xahiş edib. Məqsəd İsrailin İrana hücumları dayandırması və sülh razılaşması istiqamətində irəliləyişə nail olmaqdır.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
İsrail Beş Göz kəşfiyyatına qoşulur - ABŞ məxfi sənədləri payl...