ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News"-a müsahibəsində bildirib ki, hazırda İrandan neft alan yeganə ölkə Çindir.
"Yalnız Çinin bu nefti alması olduqca maraqlıdır. Üstəlik, onlar bunu İran neftinə sanksiyalar tətbiq olunduğu dövrdə də edirdilər", - deyə nazir qeyd edib.
Bessentə görə, İran Çinə nefti endirimli qiymətlə satır. Digər dövlətlər ABŞ sanksiyalarından ehtiyat edərək İran neftindən imtina edir.
"Məhz bu səbəbdən iranlılar hazırda ABŞ ilə danışıqlar aparır", - deyə o əlavə edib.












