ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı gərginlik yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Netanyahu paylaşımında qeyd edib: "Prezident Trampla danışdım və ona bildirdim ki, əgər 'Hizbullah' hücumu dayandırmasa, İsrail Beyrutdakı terror hədəflərinə zərbələr endirəcək. Bu mövqeyimiz dəyişməzdir."
"Axios" nəşri isə iddia edir ki, Tramp Netanyahudan Livanda hərbi əməliyyatların genişləndirilməsinə dair izahat tələb edib. İsrailin Livanda müharibəni genişləndirməsi İranın danışıqlardan imtina etməsinə səbəb olub.












