Pentaqon Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarının yerini dəyişdirməyi nəzərdən keçirir.
"The Wall Street Journal" (WSJ) qəzeti özəl mənbələrə istinadən xəbər verir ki, bu addım İrandan potensial zərəri minimuma endirmək üçündür.
Fevralın 28-də ABŞ-ın İrana qarşı əməliyyatından sonra 20-yə yaxın ABŞ hərbi obyekti zərər görüb. İsrail bazaların köçürülməsi üçün nəzərdə tutulan ölkələrdən biridir.












