Birləşmiş Ştatlarda naməlum uçan obyektlərlə (UNO) bağlı yeni məxfi sənədlər işıq üzü görüb.
"Newsweek" nəşrinin məlumatına görə, "Disclosure Foundation" təşkilatı Milli Təhlükəsizlik Agentliyinin 300 səhifədən çox hesabatını əldə edib.
Məxfiliyi ləğv edilən sənədlərdə bildirilir ki, ulduz formalı UNO-nun qarşısını almaq üçün 13 qırıcı havaya qaldırılıb.
Şahidlərdən biri deyib: "UNO böyük yüksəklikdə sıçrayışlarla hərəkət edərək davamlı şəkildə istiqamətini dəyişirdi. O, yüngül mavi çaları olan ağ rəngdə parlayırdı".
Digər sənədlərdə alçaqdan səssiz uçan iki sarı işıqlı obyektdən və günəşdən parlaq sferik UNO-dan bəhs olunur.
Xatırladaq ki, əvvəllər ABŞ Hərb Nazirliyi Prezident Donald Trampın göstərişi ilə UNO-lara dair 160-dan çox sənədi açıqlamışdı.












