Bond.az White LogoBond.az Black Logo

ABŞ-də zəfər tağı qalmaqalı

ABŞ-də Tramp administrasiyası Konqresin icazəsi olmadan zəfər tağı tikməyi planlaşdırır. Qalmaqal davam edir.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

ABŞ Prezidenti Donald Trampın administrasiyası Arlinqton milli qəbiristanlığının yaxınlığında zəfər tağının inşası üçün Konqresin razılığını almağı planlaşdırmır.

Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb. Ağ Evdə hesab edirlər ki, layihənin icrası üçün təxminən yüz il əvvəl başqa bir memarlıq ideyası çərçivəsində verilən, lakin heç vaxt həyata keçirilməyən səlahiyyətlər kifayətdir.

Tağın Vaşinqton ərazisindəki Kolumbiya süni adasında, Memorial Circle ərazisində ucaldılması nəzərdə tutulur. Ötən həftə ərazidə geodeziya və mühəndislik işlərinə başlanılıb. Administrasiya federal memarlıq və tikinti komissiyalarından müvafiq icazələr almağa çalışır.

Federal qanunvericiliyə əsasən, Milli Parklar Xidmətinin tabeliyindəki torpaqlarda abidələrin ucaldılması üçün Konqresin xüsusi qərarı tələb olunur. Ağ Ev rəsmiləri belə bir icazə üçün müraciət edib-etməyəcəkləri barədə suallardan yayınırlar.

Məmurlar 1924-cü il komissiyasının hesabatına istinad edirlər. Həmin sənəd Kolumbiya adasında 166 fut hündürlüyündə iki sütunun quraşdırılmasını nəzərdə tuturdu. Konqres layihəni 1925-ci ildə təsdiqləsə də, sütunlar heç vaxt tikilməyib. Tramp administrasiyasında iddia edirlər ki, yeni tağ həmin konsepsiyanın davamı olacaq.

Ədliyyə Nazirliyi məhkəmə sənədində bildirib ki, Konqres demək olar ki, bir əsr əvvəl komissiyanın hesabatını rəsmiləşdirməklə tağ layihəsini faktiki olaraq təsdiqləyib. Daxili işlər naziri Duq Berqam da indiki təşəbbüsün ilkin ideyaya "əsaslandığını" israr edir: sütunlar 166 fut hündürlüyünü qoruyacaq, tağın ümumi 250 fut (təxminən 76 metr) hündürlüyü isə postament və heykəllər hesabına əldə ediləcək.

Layihəni dayandırmağa çalışan hüquqşünaslar və Konqresdəki demokratlar qanunun bu cür yozulmasını əsassız adlandırırlar. Vəkillərin sözlərinə görə, 1920-ci illərin səlahiyyətləri yalnız körpünün inşasına aid idi və tağ layihəsinə şamil edilə bilməz.

Digər Xəbərlər
Bu gün / 23:00
|
846

Tehranda pravoslav kilsəsi qarət edildi

İranın paytaxtı Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay məbədini qarət ediblər. Səfirlik oğurlanmış ikonaların qaytarılmasını tələb edir.

0
Bu gün / 22:02
|
830

Qızıl ucuzlaşmaqda davam edir

Qızılın qiyməti dünya bazarında ucuzlaşmaqda davam edir. COMEX-də avqust füçersləri 4,100 dolları keçib.

0
Bu gün / 22:01
|
591

İran səmasında "od yağışı": ABŞ əməliyyatı genişlənir

ABŞ İrana qarşı yeni zərbələr endirir, CENTCOM əməliyyatın genişləndiyini açıqlayır. İranın müxtəlif bölgələrində partlayışlar eşidilir.

0
Bu gün / 21:30
|
450

Netanyahunun namizədliyi yenidən irəli sürülür

Likud partiyası Benyamin Netanyahunun növbəti parlament seçkilərində namizədliyini irəli sürdüyünü elan edib. Seçki 2026-cı ilə qədər keçiriləcək.

0
Bu gün / 21:00
|
245

Rusiya məhkəməsi erməni bloqerin cəzasını təsdiqlədi

Rusiya məhkəməsi erməniəsilli bloqer Arsen Markaryanın 4.5 illik həbs cəzasını qanuni hesab edib. O, nasizm reabilitasiyasında ittiham olunur.

0
Bu gün / 20:30
|
335

Rusiya səfiri İrəvana qayıtdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvadakı məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.

0
Bu gün / 20:00
|
963

Tramp: Ərdoğan mənim yaxın dostumdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yaxın dostu adlandırıb.

0
Bu gün / 19:31
|
655

BAEA İrana qarşı qətnamə qəbul etdi

BAEA Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib. Sənəd yüksək zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat tələb edir.

0
Bu gün / 18:31
|
514

ABŞ diplomatı Hindistan XİN-ə çağırıldı

ABŞ diplomatı Hindistan XİN-ə Oman sahillərində ticarət gəmisinə hücumla bağlı çağırılıb. 24 hindistanlı ekipajdan 21-i xilas edilib, 3 nəfər itkin düşüb.

0
Bu gün / 18:04
|
526

Yaxın Şərqdə gərginlik: ABŞ qırıcısı İrana gedən tankerə zərbə endirdi

ABŞ qırıcısı Oman körfəzində İrana gedən neft tankerinə zərbə endirdi. CENTCOM 134 gəminin marşrutunu dəyişdirdi.

0
Bu gün / 17:04
|
705

Tramp: ABŞ milyonlarla barel İran neftini ələ keçirib

ABŞ Prezidenti Donald Tramp İran neftinin gizli ələ keçirildiyini açıqlayıb. Milyonlarla barel neft və 22 gəminin ələ keçirilməsi ilə bağlı detallar.

0
Bu gün / 17:02
|
475

Kanar adaları: unikal təhsil və pulsuz çimərliklər

Kanar adalarının unikal təhsil sistemi, pulsuz çimərlikləri, ekologiya və qaya evləri haqqında maraqlı məlumatlar.

0
...
ABŞ-də zəfər tağı qalmaqalı | Bond.az