Avropanı bürüyən anomal istilər Brüsseldəki Avropa Komissiyasının (AK) qərargahında kondisioner sisteminin qismən söndürülməsinə səbəb olub.
"Politico" nəşrinin məlumatına görə, cümə günü binanın 1-7-ci mərtəbələrində çalışan işçilərə ekstremal hava şəraiti ilə əlaqədar soyutmanın günün sonuna qədər dayandırılacağı bildirilib.
Lakin AK rəhbəri Ursula fon der Lyayen və avrokomissarların kabinetlərinin yerləşdiyi 13-cü mərtəbədə kondisionerlər işləməyə davam edir. Həmçinin bu həftə Avropa Parlamentində soyutma sistemlərinin gücləndirilmiş işi səbəbindən elektrik enerjisi kəsintiləri qeydə alınıb.












