Türkiyənin Bursa şəhərində bir qadın ərinin daim qəhvəxanada dostları ilə vaxt keçirdiyini, onu tək qoyduğunu iddia edərək boşanma üçün müraciət edib.
Qadın psixoloji zorakılığa məruz qaldığını, ərinin ailə öhdəliklərini yerinə yetirmədiyini bildirib.
Ali Məhkəmə işi araşdıraraq, ərin daim qəhvəxanada olmasının və həyat yoldaşına laqeyd yanaşmasının ailə birliyini sarsıtdığına qərar verib.
Məhkəmə əri təqsirli hesab edərək qadının lehinə maddi və mənəvi təzminat ödənilməsini əmr edib. Bu qərar oxşar işlər üçün presedent olacaq.












