ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum yerinə əsaslanan vətəndaşlıq hüququnu ləğv edən fərmanını Konstitusiyaya zidd hesab edib.
Məhkəmə qərarında qeyd olunur ki, ABŞ ərazisində doğulan qeyri-qanuni miqrantların və müvəqqəti yaşayan şəxslərin uşaqları vətəndaşlıq hüququna malikdir.
Ali Məhkəmənin sədri Con Roberts qərarı çoxluq adından yazıb. Altı hakim fərmanın ləğvinə səs verib, üç mühafizəkar hakim etiraz edib.
Roberts qeyd edib ki, vətəndaşlıq hüququ ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə qorunur.












